EKSPLOZİV KONUS

ölçüləri stratovulkandan kiçik olub, partlayış nəticəsində əmələ gəlmiş konus forması. E. k. pemza, şlak, tuf, kül konusları da aid edilir. конус эксплозивный explosive cone
EKSPLOZİV ÇUXUR
EKSPLOZİV KRATER
OBASTAN VİKİ
Konus
Konus — həndəsi elementdir. Konus düzbucaqlı üçbucağın katetlərindən birinin ətrafında 360°Fırlanması ilə alınan fəza fiqurudur. Konusun tili yoxdur, təpəsi və üzü 1 ədəddir. Kəsik Konus. Konusu kəsən və oturacağına paralel olan müstəvi ilə konusun oturacağı arasında qalan hissə kəsik konus adlanır. Həcmi: V = 1 3 π r 2 h {\displaystyle V={\frac {1}{3}}\pi r^{2}h} Yan səthin sahəsi: S y a n = π r ⋅ l {\displaystyle S_{yan}=\pi r\cdot l} Tam səthin sahəsi: S t a m = π r ⋅ ( r + l ) {\displaystyle S_{tam}=\pi r\cdot (r+l)} Konusun diaqonal kəsiyi bərabəryanlı üçbucaqdır. Burada V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi r-konusun oturacağının radiusu h-konusun hündürlüyü l-konusun doğuranıdır.
Konus adası
Konus adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Kiniqa buernundan 3 km şimal-qərbdə, İviniçaman adasından isə 7 km şimal-şərqdə, Podqarenaya çayının mənsəbindən şimal-şərqdə, Oxot dənizinə daxil olan Şelixov körfəzində, Kamçatka yarımadasının qərb sahilinin şimalında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. Uzunluğu 1,3 km, eni 0,7 km-dir. Maksimal hündürlüyü 258 metrdir. Adadan şimal-şərqdə Vtoroy adası yerləşir.